Azərbaycan sənayesi 2% böyüyüb

Azərbaycan sənayesi 2% böyüyüb
# 18 noyabr 2015 14:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənayedə istehsal olunmuş məhsulların həcmi 2,2% artaraq 22 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6%-lik artım, neft sektorunda isə 0,6%-lik azalma müşahidə olunub.

Sənaye məhsulunun 62,9%-i mədənçıxarma, 29,2%-i emal, 7,0%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 76,5% olub. Ümumi istehsalın 87,8%-i sənaye məhsulunun istehsalı, 12,2%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. İstehsal edilmiş sənaye məhsullarının böyük hissəsi istehlakçılara göndərilib. Bununla yanaşı, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında noyabrın 1-nə 330,2 mln. manatlıq hazır məhsul ehtiyatları olub.

Ehtiyatların 69,0%-i Bakı, 6,5%-i Sumqayıt, 3,5%-i Gəncə, 0,5%-i Şirvan, 0,2%-i Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və

satış üçün nəzərdə tutulmuş 13,4 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR