Kareliyada göldə ölənlərin sayı 14-ə çatıb

Kareliyada göldə ölənlərin sayı 14-ə çatıb
# 19 iyun 2016 18:25 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Kareliya respublikasında Syamozero gölündə ölənlərin sayı 14-nəfərə çatıb, onlardan 13-ü 12-15 yaş arası olan uşaqlardı.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, xilasedicilər bu gün daha 3 uşağın meyitini sudan çıxarıblar.

9-u uşaq olmaqla 11 nəfəri xilas etmək mümkün olub.

İyunun 18-də “Park-hotel Syamozero” sağlamlıq düşərgəsindən olan instruktor və uşaqlar qayıqlarla gəzintiyə çıxarkən müəyyən yol qət etdikdən sonra fırtınaya düşüblər. Göyərtələrində 50-dən çox nəfərin olduğu üç qayıq aşaraq batıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR