Növbəti teatr mövsümünün açılışı Gəncədə keçiriləcək

Növbəti teatr mövsümünün açılışı Gəncədə keçiriləcək
# 23 iyul 2015 09:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycanda 143-cü teatr mövsümünün açılışı sentyabrın 16-da Gəncədə keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən bütün teatrların nümayəndələri Gəncədə keçiriləcək təntənəli açılış mərasimində iştirak edəcək.

Gəncə Dövlət Dram Teatrı və Gəncə Dövlət Kukla Teatrının yaxından iştirak edəcəyi mərasimə dövlət və hökumət rəsmiləri, Azərbaycanın tanınmış sənət adamları qatılacaq.

Qeyd edək ki, son illər yeni teatr mövsümünün açılışı Azərbaycanın bölgələrində həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR