İsrailin hava məkanı açıqdır.
Bu barədə “Ynet” İsrail Hava Limanları İdarəsinə istinadən məlumat yayıb.
Hava Limanları İdarəsindən bildirilib ki, mediada yayılan məlumatların əksinə olaraq, İsrailin hava məkanı açıqdır və bütün hava limanlarında aviasiya fəaliyyəti adi qaydada davam edir.
Vurğulanıb ki, Dubaydan Təl-Əvivə uçan təyyarə ilə bağlı hadisə baş verən zaman hava məkanı açıq olub və heç bir mərhələdə bağlanmayıb.
Qeyd edək ki, “Flydubai” aviaşirkətinin təyyarəsinin qaçırılması ilə bağlı xəbərlərdən sonra İsrail qırıcıları havaya qaldırılıb.