8 Noyabr – Zəfər Günü münasibətilə Türkiyənin İstanbul və Bursa şəhərlərində Azərbaycan bayrağına ehtiram nümayiş etdirilib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, İstanbulun tarixi simvollarından olan Qalata Qülləsi və Bursada yerləşən Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.