Azərbaycan XİN rəhbəri ATƏT-in fәaliyyәtdә olan sәdri ilә görüşüb - FOTOSESSİYA

Azərbaycan XİN rəhbəri ATƏT-in fәaliyyәtdә olan sәdri ilә görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 01 iyun 2015 12:38 (UTC +04:00)

APA-nın mәlumatına görә, görüş әvvәlcә ikitәrәfli, daha sonra geniş tәrkibdә olub.

Görüşdәn sonra keçirilәn mәtbuat konfransında E. Mәmmәdyarov bildirib ki, danışıqlar zamanı hәm ATӘT- Azәrbaycan, hәm dә Serbiya-Azәrbaycan münasibәtlәri müzakirә edilib:

"İki ölkә arasında strateji әmәkdaşlıq müzakirә olunub. Siyasi, iqtisadi әlaqәlәr yüksәk sәviyyәdәdir. Biz enerji mәsәlәlәrinә toxunmuşuq, viza mәsәlәsi müzakirә edilib. Serbiyalı nazir Azərbaycan vətəndaşlarının Serbiyaya gələcəkdə vizasız gecə biləcəyinin mümkünlüyünü qeyd edib”.

Nazir görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin də aparıldığını qeyd edib.

İ. Daçiç isə azərbaycanlı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini deyərək iki ölkə arasında münasibətlərə toxunub. O, Azərbaycanda keçiriləcək Avropa Oyunlarından danışaraq Serbiyanın böyük nümayəndə və idmançı heyəti ilə qatılacağını bildirib. İ. Daçiç qeyd edib ki, Serbiya prezidenti Tomislav Nikoliç Olimpiya Oyunlarının açılışına qatılacaq.

Xatırladaq ki, ATƏT sədri iyunun 2-də Gürcüstan, 3-də isə Ermənistana səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR