Qəzzada hərbi əməliyyatlar bərpa olunub

Qəzzada hərbi əməliyyatlar bərpa olunub
# 01 avqust 2014 12:17 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Qəzzada hərbi əməliyyatlar bərpa olunub.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə İsrail ordusu “HAMAS”-ın 72 saatlıq atəşkəs razılaşmasını pozduğunu əsas gətirərək, Qəzzada əməliyyatların bərpa olunduğunu açıqlayıb.

Ordu Qəzza sakinlərinə evlərindən çıxmamaq barədə xəbərdarlıq edib.

Fələstin mənbələrini bildirdiyinə görə, İsrail ordususnun hücumu nəticəsində artıq ölənlərin sayı 8-ə çatıb. İsrail ordusu isə açıqlama verib ki bu hücumlar “HAMAS”-ın roket hücumlarına cavabdır.

Qeyd edək ki, Qəzzada son əməliyyatlarda ölən fələstinlilərin sayı 1460-a çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR