Narkotik alverində təqsirləndirilən şəxsə hökm oxunub

Narkotik alverində təqsirləndirilən şəxsə hökm oxunub
# 27 aprel 2015 13:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin alverində təqsirləndirilən Ülvi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Ü. Əliyev 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ülvi Əliyev Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR