Co Bayden: “Qətliam törədən şəxsin terrorçularla əlaqəli olması barədə məlumat yoxdur”

Co Bayden: “Qətliam törədən şəxsin terrorçularla əlaqəli olması barədə məlumat yoxdur”
# 13 iyun 2016 02:49 (UTC +04:00)

Bakı-APA. Orlando şəhərində qətliam törədən şəxsin hər hansı terror qruplaşması ilə əlaqəli olması barədə məlumat yoxdur.


APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden bəyan edib.


“Cinayətin şəxsi təşəbbüslə və yaxud sifarişlə həyata keçirilməsinə dair hələ ki, məlumatımız yoxdur”, deyə C.Bayden bildirib.

Qeyd edək ki, İŞİD terror qruplaşması ABŞ-ın Orlando şəhərində gecə klubuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. İnsanlara atəş açan Ömər Mətin polislə atışma zamanı öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR