Bank Of Baku

KİV: Körfəz ölkələri ABŞ-ın İranla bağlı siyasətindən narazıdır

KİV: Körfəz ölkələri ABŞ-ın İranla bağlı siyasətindən narazıdır
# 24 mart 2026 08:57 (UTC +04:00)

Körfəz ölkələri ABŞ-ın İranla bağlı siyasətində onların mövqeyini nəzərə almamasından narazıdır.

Bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, region dövlətləri Vaşinqtonun qərarlarına təsir göstərə bilmədiklərini və bunun nəticəsində öz ərazilərinin də zərbələrə məruz qaldığını bildirir.

Qeyd olunur ki, ərəb ölkələri ABŞ-ı İsrailin İranın enerji obyektlərinə zərbə endirməsindən çəkindirməyə çalışdıqlarını düşünsələr də, Vaşinqton əksinə, “Cənubi Pars” qaz yatağına hücumu dəstəkləyib.

Bildirilib ki, bu vəziyyət region ölkələri arasında ciddi narazılıq yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR