Bank Of Baku

Pezeşkian: ABŞ ilə danışıqlar aparırıq, lakin təslim olmayacağıq

Pezeşkian: ABŞ ilə danışıqlar aparırıq, lakin təslim olmayacağıq
# 24 noyabr 2026 20:54 (UTC +04:00)

“İran ABŞ və digər ölkələrlə problemlərin həlli üçün danışıqlar aparır, lakin bu, ölkənin təslim olması demək deyil”.

APA “əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

“Biz ABŞ və digər ölkələrlə danışıqlar aparırıq, lakin ləyaqətimizi qoruyacağıq və təkəbbürə boyun əyməyəcəyik. Problemləri danışıqlar yolu ilə həll etməyə çalışırıq. Amma bu, təslim olmağımız demək deyil”, – İran prezidenti deyib.

Pezeşkianın sözlərinə görə, Tehran mövcud problemlərin diplomatik yollarla həllində maraqlıdır. Lakin bu proses İranın milli ləyaqətindən və mövqeyindən geri çəkilməsi hesabına baş verməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR