Azərbaycanda balıqartırma müəssisələrinin məsrəfləri 16% artıb

Azərbaycanda balıqartırma müəssisələrinin məsrəfləri 16% artıb
# 16 avqust 2014 09:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov– APA-Economics. 2014-cü ilin I yarısında Azərbaycanda vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 1,2 mln. manat vəsait sərf olunub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% və ya 165,1 min manat çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu vəsaitin 91%-i süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 9%-i isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 229,3 mln. ədəd körpə balığın 223,7 mln. ədədi çəkikimilərin, 5,5 mln. ədədi bitki ilə qidalanan balıqların, 48,7 min ədədi isə qızıl balıqların payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR