“Nar” yeni mağaza konsepsiyasını media nümayəndələrinə təqdim edib - FOTO

“Nar” yeni mağaza konsepsiyasını media nümayəndələrinə təqdim edib - <span style="color: red;">FOTO
# 28 aprel 2015 12:36 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Nar” yeni “Nar Bağı” kreativ platformasına uyğun olaraq yenilənmiş mağazasını media nümayəndələrinə təqdim edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, M.Cəfərov ünvanında yerləşən “Nar” mərkəzinin açılışında iştirak edən qonaqlar yeni mağaza və operatorun məhsulları ilə tanış olmaq imkanını əldə ediblər.

Açılış mərasimində çıxış edən “Azerfon” şirkətinin satış üzrə direktoru Samir Məmmədov qonaqları salamlayaraq, “Nar” rabitə operatorunun nailiyyətləri və yeni dizayn konsepsiyası haqqında danışıb.

“Son 2 ildə biz şəbəkəmizi təkmilləşdirib, müştəri xidmətlərimizi yaxşılaşdırıb, innovasiyalar təqdim edib və yeni biznes istiqamətlərinin təməlini qoymuşuq. Bir müddət əvvəl isə yeni vizual görünüşümüzü təqdim edərək yeni mərhələyə qədəm qoyduq. Gördüyünüz yeni “Nar” mərkəzi dostcasına söhbətləşmək, harmoniyaya qovuşmaq və sevdiklərimizlə əlaqə yaratmaq üçün mükəmməl bir məkandır. Burada hər bir kəs özünü rahat, isti və işıqlı bir mühitdə hiss edir. Biz hər kəsi Nar Bağına dəvət edirik”, - deyə S.Məmmədov bildirib.

Qeyd edək ki, yeni “Nar” mərkəzində qonaqlara müxtəlif imkanlar təklif olunur. Bu fürsətləri üç istiqamət üzrə fərqləndirmək olar:

- Abunəçilərin gözlənilən TV və İnternet kampaniyaları, yeniliklər barədə məlumat alacaqları, “Nar Home” təcrübəsi yaşayacaqları və özlərini evlərindəki kimi hiss edə biləcəkləri Tanışlıq zonası;

- Abunəçilərin “Nar dünyasına” bağlanmaq üçün lazım olan ən son məhsullar, telefonlar və kompüterlərlə tanış ola biləcəkləri Əlaqələndirmə zonası;

- “Nar” əməkdaşlarından hər cür dəstək ala biləcəkləri İşgüzar zona.

Yeni formatda işə başlayan ilk “Nar” mərkəzi Bakı ş., M. Cəfərov küç. 3005 ünvanda fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR