Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq komissiyasının 13-cü iclası keçirilib

Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq komissiyasının 13-cü iclası keçirilib
# 26 may 2015 11:01 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada Azərbaycan və Rusiya parlamentlərarası əməkdaşlıq komissiyasının 13-cü iclası keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda miqrasiya məsələləri, elmi-texniki əməkdaşlıq, informasiya mübadiləsi və qarşılıqlı investisiyaların genişləndirilməsi müzakirə edilib.

Milli Məclisin sədr müavini Valeh Ələsgərov Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə olduqca yüksək templə və uğurlu getdiyini deyib: “Bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı hörmət, razılaşdırdığımız bütün qaydalara riayət olunması şərtləri ən başlıcasıdır”.


İclas çərçivəsində parlamentlərarası əməkdaşlıq komissiyasının üzvləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüş keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR