Poroşenko Rusiya, Belarus və Qazaxıstanı onun sülh planını dəstəkləməyə çağırıb

Poroşenko Rusiya, Belarus və Qazaxıstanı onun sülh planını dəstəkləməyə çağırıb
# 26 avqust 2014 17:52 (UTC +04:00)

“Mən əminəm ki, bu plan bugünkü gün aktual və qan azıdılmasını dayandıracaq və Donbasın münaqişədən sonrakı bərpasını təmin edəcək yeganə mümkün vasitədir”, deyə prezident Minskdə Ukrayna-AB-Avrasiya üçlüyünün görüşündə bildirib.

Ukrayna prezidenti həmçinin sülh nizamlanması üzrə müxtəlif təklifləri müzakirə etməyə hazır olduğunu bəyan edib. O qeyd edib ki, onun əsas məqsədi Ukraynanın şərq bölgələrində yerli əhalinin maraqları nəzərə almaqla sülhə və sabitliyə nail olmaqdır.

Poroşenko həmçinin Ukraynanın sərhədlərində nəzarətin bərpa olunmasının vacibliyini qeyd edib və girovların hamısının dərhal azad olunmasına çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR