Azərbaycan prezidenti Nikaraquanın xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti Nikaraquanın xarici işlər nazirini qəbul edib
# 09 iyul 2014 13:27 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Nikaraqua Respublikasının xarici işlər naziri Samuel Santos Lopezi qəbul edib.


APA-nın xəbərinə görə, xarici işlər naziri Samuel Santos Lopezin Azərbaycana səfərinin Nikaraquadan ölkəmizə ilk yüksək səviyyəli rəsmi səfər olmasının önəmini vurğulayan dövlət başçısı gələcəkdə bu cür səfərlərin intensivləşəcəyinə əminliyini ifadə edib.

Ölkələr arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsinə toxunan Prezident İlham Əliyev Azərbaycan ilə Nikaraqua arasında siyasi, iqtisadi, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.


Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopez ölkəmizə ilk rəsmi səfərindən məmnunluğunu bildirib, Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR