Dövlət Musiqili Teatrında Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunacaq

Dövlət Musiqili Teatrında Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunacaq
# 02 noyabr 2015 14:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Noyabrın 7-də Dövlət Musiqili Teatrında xalq artisti Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunacaq. Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, tədbir mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən keçiriləcək.

Yubiley tədbiri çərçivəsində Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunacaq.

Tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, rejissor assistenti Tamilla Aslanovadır.

Səhnə əsərində xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR