Bank Of Baku

Ucarda "Mercedes" aşıb, 2 nəfər xəsarət alıb

Ucarda "Mercedes" aşıb, 2 nəfər xəsarət alıb
# 29 iyul 2018 10:05 (UTC +04:00)

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz  saatlarında Bakı-Qazax yolunun Ucar rayonun Alpı  kəndindən keçən hissəsində qeydə alınıb.                                                                        

 

Hərəkətdə olan "Mercedes" markalı minik maşınının yoldan çıxaraq aşması nəticədə Bakı şəhər sakinləri -  2014 -ci il təvəllüdlü  Əli Oktay oğlu Quluyev və 1968-ci il təvəllüdlü  Sahibə Qara  qızı Salmanova  müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Ə. Quliyev və S. Salmanova Ucar rayon Mərkəzi Xəstəxanasına  yerləşdiriliblər.

                                                                                   

Faktla  bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR