Bank Of Baku

Nepalda daşqınlarda ölənlərin sayı 270-ə çatıb, 800-dən çox insan itkin düşüb - YENİLƏNİB-4

Nepalda daşqınlarda ölənlərin sayı 270-ə çatıb, 800-dən çox insan itkin düşüb - YENİLƏNİB-4
# 27 avqust 2026 13:21 (UTC +04:00)

Nepal-Çin sərhədi yaxınlığında baş vermiş daşqın və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 270 nəfərə çatıb.

BBC-nin xəbərinə görə, yaşayış evləri dağılıb, yollar və körpülər su altında qalıb.

Ümumilikdə, 800 nəfərdən çox insan itkin düşüb. İtkin düşənlərin arasında 178 hindistanlı, 65 amerikalı, 35 avstraliyalı və 33 britaniyalı turistin olduğu bildirilib.

***

10:15

Nepalda daşqınlar nəticəsində 570-dən çox insan itkin düşüb.

“Reuters”in xəbərinə görə, onların arasında 400-dən çoxu xarici vətəndaşdır.

Ümumilikdə, itkin düşənlərin siyahısında 579 nəfər var. Belə ki, 28 ölkədən 466 əcnəbi və 113 Nepal vətəndaşı itkin düşüb.

***

00.06

Nepalda baş verən güclü sel nəticəsində ölənlərin sayı 150-ni ötüb, 300-dən çox insan isə itkin düşmüş hesab olunur.

APA xəbər verir ki, Nepal hakimiyyəti xilasetmə əməliyyatlarına helikopterlərlə hərbçiləri cəlb edib. Lakin suyun səviyyəsinin yüksək olması səbəbindən bəzi ərazilərə çatmaq mümkün deyil.

Sel nəticəsində ölkənin hidroenergetika güclərinin təxminən 12 faizini təşkil edən su elektrik stansiyalarına da ziyan dəyib.

Çin tərəfdə isə sərhəd-keçid məntəqəsinə aparan yollar bağlanıb. Nəticədə bəzi ərazilərdə elektrik enerjisi və rabitə kəsilib.



***
18:25

Nepalda baş verən daşqında ölənlərin sayı 95 nəfərə çatıb.

Bu barədə BBC xəbər yayıb.

403 nəfərin itkin düşdüyü bildirilir, onlardan 341 nəfəri xarici vətəndaşdır.

***

16:53

Nepal-Çin sərhədində baş verən daşqında ölənlərin sayı 31 nəfərə çatıb.

BBC-nin xəbərinə görə, xilasetmə əməliyyatları nəticəsində 88 nəfər xilas edilib.

***

15:41

Nepalda baş verən daşqınlar Çinlə sərhəddə yerləşən bölgələrə təsir edib.

BBC-nin xəbərinə görə, indiyə kimi daşqınlarda azı 17 nəfər ölüb, 400-ə yaxın xəsarət alanın olduğu bildirilir.

Məlumata görə, Rasuva bölgəsində başlayan daşqına zəlzələ səbəb olub.

Nepal-Çin sərhədiin hər iki tərəfində axtarış-xilasetmə tədbirləri davam edir, indiyə qədər 12 nəfər xilas edilib.

Eyni zamanda, Nepalda daşqın nəticəsində 291 turist və 93 yerli sakin itkin düşüb.

Daşqın Çin-Nepal sərhəd-keçid məntəqəsini yuyub aparıb.

Çinin dövlət mediası və Nepal rəsmiləri insan tələfatının çox olduğunu bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR