Beynəlxalq Jurnalistlər Federasiyasının nümayəndə heyəti Ombudsman Aparatında olub

Beynəlxalq Jurnalistlər Federasiyasının nümayəndə heyəti Ombudsman Aparatında olub
# 15 iyul 2014 16:15 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) nümayəndə heyətinin üzvləri Oliver Money-Kyrle, Adrien Collin və digər şəxslər Ombudsman Aparatında olublar.

APA-nın məlumatına görə, Adrien Collin ölkəmizə səfərin məqsədini açıqlayıb, fəaliyyətlərinin media mühiti, jurnalistlərin əmək və təhlükəsizlik şəraiti barədə araşdırmalar aparılmasına yönəldiyini diqqətə çatdırıb.

Görüş zamanı Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonaqlara son illər ölkəmizdə KİV-in inkişafı, informasiya əldə etmək, söz və ifadə azadlığı sahəsində görülən işlər barədə geniş məlumat verib.

Görüşdə qonaqların media hüquqları, o cümlədən jurnalistlərin əmək hüquqlarının müdafiəsi, müvafiq həmkarlar ittifaqları ilə iş və digər sualları da cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR