Didye Deşam: “Açılış matçlarında qalib gəlmək asan deyil”

Didye Deşam: “Açılış matçlarında qalib gəlmək asan deyil”
# 11 iyun 2016 00:17 (UTC +04:00)

Bakı-APA. Avropa Çempionatının açılış matçında Rumıniyaya qalib gələn Fransa millisinin baş məşqçisi Didye Deşam oyundan sonra fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, fransız mütəxəssis qələbə qolunun müəllifi Dmitri Payenin oyundan çıxarkən ağlamasına toxunaraq qalib gəldikdən sonra göz yaşlarının gözəl olduğunu deyib.

“Göz yaşları gözəldir! Rumıniya heç də asan rəqib deyil. Bunun fərqində idik. Bir çox səhvlər etdik, rəqib də yaxşı müdafiə olundu. İmkanlarımız var idi, onların da var idi. Oyun boyu qol üçün mübarizə apardıq və ən sonda istəyimizə nail olduq. Sonuna qədər qazanmaq üçün vuruşduq və qələbə qazandıq. Açılış matçlarında qalib gəlmək asan deyil, ancaq biz bunu bacardıq. Bu qələbə gələcək oyunlarda əhval-ruhiyyə baxımından əla təsir edəcək” – deyə o, sözlərini tamamlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR