“Bakcell” Azərbaycanda rouminq tərəfdaşlarının sayına görə liderdir

“Bakcell” Azərbaycanda rouminq tərəfdaşlarının sayına görə liderdir
# 15 dekabr 2014 08:48 (UTC +04:00)

Bakı - APA-Economics. “Bakcell” şirkəti rouminq tərəfdaşlarının sayına görə (ölkələr, mobil operatorlar, GPRS, Camel rouminq xidməti və s.) ölkədə birincidir.

Şirkətdən “APA-Economics”ə verilən məluamta görə, “Bakcell” abunəçiləri hazırda dünyanın hər yerində - Avropa, Asiya, Şimali və Cənubi Amerika, Avstraliya və Afrikada rouminq xidmətlərindən yararlana bilərlər. “Bakcell” ümumilikdə 168 ölkədə 417 mobil operatorla rouminq əlaqələri qurub. GSM xidməti ilə yanaşı, Camel rouminq xidməti və GPRS (İnternetdən) rouminq üzrə də Bakcell ən yüksək göstəricilərə malikdir. Xidmətlər üzrə rouminq tərəfdaşlarının sayını aşağıdakı cədvəldə görmək olar:

Xidmətlər

Ölkələrin sayı

Mobil operatorların sayı

GSM

168

417

Camel

110

220

GPRS

162

343

“İndi “Bakcell” abunəçilərinin dünyanın daha çox nöqtəsində mobil rabitə xidmətlərindən istifadə etməsi üçün imkanlar daha genişdir. Biz səs və SMS xidmətləri ilə yanaşı, Camel rouminq və GPRS rouminq xidmətinin göstərildiyi ölkələrin və tərəfdaş mobil operatorların sayının artırılması üzərində işləyirik və bugün bu sahədə öndə olmağımız bizim üçün qürurvericidir. Rouminq tərəfdaşlarımızın şəbəkəsini genişləndirməyə və abunəçilərimizə çox sərfəli tariflərlə hər cür rouminq xidməti göstərməyə davam edəcəyik”, - deyə şirkətinin baş texniki direktoru Yigit Berktaş bildirib.

“Bakcell”in CIN, Klass və Gold abunəçilərinə Azərbaycandan kənarda olarkən səs, SMS və mobil İnternet xidmətlərindən istifadə etmək üçün müvafiq paketlər təklif olunur. Bununla yanaşı, Bakcell müxtəlif kampaniyalar vasitəsilə rouminq istifadəçilərinə böyük imkanlar yaradır.

Şirkətin təqdim etdiyi son rouminq kampaniyasının şərtlərinə əsasən Birləşmiş Ərəb Əmirliklərinə səfər edən abunəçiləri “Bakcell”in bazarda olan ən yaxşı təklifindən istifadə edərək bir meqabayt İnternet üçün cəmi 0,25 manat, daxil olan zənglərin dəqiqəsi üçün cəmi 0,25 manat, çıxan zənglərin dəqiqəsi üçün isə cəmi 0,75 manat ödəyirlər. Kampaniyaya qoşulmaq üçün *130#YES kodunu yığmaq kifayətdir.

Bundan bir qədər öncə isə şirkət rouminq qiymətlərinə 50%-dən artıq endirim tətbiq edib. Nəticədə ən çox istifadə olunan istiqamətlərdə (ölkələrdə) daxil olan zənglərin bir dəqiqəsinin qiyməti 65 qəpikdən 32 qəpiyə endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR