Ərzurumda “erməni məsələsi” müzakirə olunur

Ərzurumda “erməni məsələsi” müzakirə olunur
# 06 may 2015 20:53 (UTC +04:00)

Konfrans barədə APA-ya danışan təşkilatçı, professor Erol Kürkçüoğlunun bildirdiyinə görə, tədbirdə erməni iddiaları ilə bağlı müzakirələr aparılır.

Simpoziumda tanınmış alim və diplomatlardan olan Bilal Şimşir, Ömər Lütəm, Alev Kılıç, Yavuz Aslan ,Məhmət Perinçək, Qafar Çaxmaqlı, Cəmil Həsənli, Solmaz Tohidi, Dilavər Əzimli, Faiq Qəzənfəroğlu, Əfsanə Səfiyeva və başqaları iştirak edirlər.

Erol Kürkçüoğlu deyib ki, onlar “erməni məsələsi”nin elmi baxımdan araşdırılmasının tərəfdarıdırlar: “24 apreldə dünya miqyasında cərəyan etmiş proseslər göstərdi ki, 1915-ci ildə bölgəmizdə yaşanmış hadisələri araşdırıb obyektiv nəticələrə varmaq parlamentlərin yox, məhz tarixçi alimlərin, bu işlə yaxından məşğul olmuş diplomatların işidir. Bu istiqamətdəki çalışmalarımızı bundan sonra da çoxşaxəli şəkildə davam etdirəcəyik. Toplantılarımızda iştirak edib öz mövqeyini bildirmək istəyən hər kəsə qapılarımız açıqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR