Azərbaycanın 6 rayonunda səyyar şəkildə protez-ortopedik bərpa xidməti göstəriləcək

Azərbaycanın 6 rayonunda səyyar şəkildə protez-ortopedik bərpa xidməti göstəriləcək
# 01 may 2015 07:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidmətini gələn həftə 6 rayonda davam etdirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada mayın 6-da saat 9:00-dan 12:00-dək Qobustan rayon mərkəzi xəstəxanasında və saat 13:00-dan 18:00-dək Şamaxı rayon mərkəzi xəstəxanasında, mayın 7-də saat 9:00-dan 13:00-dək İsmayıllı rayon Tibbi-Sosial Ekspert Komissiyasının və 14:00-dan 18:00-dək Göyçay rayon Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binalarında, mayın 8-də saat 9:00-dan 13:00-dək Kürdəmir rayon mərkəzi xəstəxanasında və 14:00-dan 18:00-dək Ağsu rayon mərkəzi xəstəxanasında olacaq və əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək.

Mərkəz tərəfindən səyyar xidmət göstərilməsi nəzərdə tutulan şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb. Həmin insanlar ehtiyac duyduqları protez-ortopedik məmulatlar və müxtəlif reabilitasiya vasitələri ilə təmin ediləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR