Elmar Məmmədyarov Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Elmar Məmmədyarov Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 03 iyun 2015 15:03 (UTC +04:00)

Bakı – APA. Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakıda keçmiş layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov A. Şahtaxtinskinin fəaliyyəti müddətində Azərbaycan ilə ATƏT arasında əlaqələrin inkişafına töhfə verdiyini və praktiki əməkdaşlığa xidmət edən layihələrin icra olunduğunu bildirib.


A. Şahtaxtinski fəaliyyəti dövründə Azərbaycanla ATƏT arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəmədiyini söyləyib. E. Məmmədyarov ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR