Azərbaycan və Rusiya gömrükçüləri arasında kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı razılıq əldə olunub

Azərbaycan və Rusiya gömrükçüləri arasında kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı razılıq əldə olunub
# 09 iyun 2016 14:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı zamanı yaranan problemlərin aradan qaldırılmasına dair iki ölkənin gömrük xidmətləri arasında razılıq əldə olunub.

Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, DGK rəhbərliyinin, şəxsən komitə sədri Aydın Əliyevin Rusiyanın Federal Gömrük Xidmətinin rəhbərliyi ilə apardığı müzakirələrdən sonra məsələnin həlli istiqamətində razılıq əldə olunub. Razılığa əsasən qisa zaman kəsiyində Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının maneəsiz olaraq Rusiyaya göndərilməsi tam təmin olunacaq.

Qeyd edək ki sön dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiyaya göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması vəya sərhəddə saxlanılması halları müşahidə olunub. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirir. Nəticədə isə qonşu ölkəyə ixrac olunan kənd təsərrüfatı malları ya geri qaytarılır, ya da uzun müddət sərhəddə yubadıldığı üçün məhsul keyfiyyətini itirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR