ANAMA cəbhə xətti yaxınlığında minatəmizləmə işlərini 3 il ərzində başa çatdıracaq - FOTO

ANAMA cəbhə xətti yaxınlığında minatəmizləmə işlərini 3 il ərzində başa çatdıracaq - <span style="color: red;">FOTO
# 08 iyul 2014 08:58 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan yaxın 3 il içində cəbhə xətti yaxınlığında müəyyən olunmuş əraziləri mina və partlamamış hərbi sursatlardan təmizlənməsini başa çatdıracaq.

APA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov bildirib.

N.İsmayılovun sözlərinə görə, Agentlik işğaldan azad edilmiş ərazilərlə yanaşı keçmiş hərbi poliqonların və Sovet ordusu tərəfindən partladılmış hərbi bazaların ərazisində təmizləmə işləri aparır.

ANAMA direktoru Azərbaycanda əməliyyatların uğurla və itkisiz davam etdirildiyini qeyd edib. Onun sözlərinə görə, ANAMA-nın əməliyyatları tam olaraq milli potensialın iştirakı ilə aparılır. Bununla yanaşı, bəzi layihələr NATO, BMT İP, Avropa Birliyi və digər təşkilatlar tərəfindən dəstəklənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR