2014-cü ildə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisi 34% artıb

2014-cü ildə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisi 34% artıb
# 12 mart 2015 10:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ildə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri hesabına ümumilikdə 237,8 mln. kilovatsaata qədər elektrik enerjisi istehsal olunub. Bu, 2013-cü illə müqayisədə 34% çoxdur.

APA-Economics”in məlumatına görə, bu barədə məlumat Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Məlumata əsasən, hesabat dövründə alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin 73,1%-i biokütlə, 10,1%-i kiçik su elektrik stansiyaları, 12,7%-i külək elektrik stansiyaları, 4,1%-i günəş elektrik stansiyalarının payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR