OPEC+ ölkələrinin nazirləri 2027-ci ilin neft hasilatı planını müzakirə etmək üçün videokonfrans formatında görüş keçirəcəklər.
APA xəbər verir ki, bununla yanaşı, OPEC+ Birgə Nazirlər Monitorinq Komitəsinin və alyansın yeddi ölkəsinin iclaslarının keçirilməsi də nəzərdə tutulub.
Görüşdə dünya neft bazarındakı mövcud vəziyyət və gələn il üçün hasilat planları müzakirə olunacaq.
Qeyd edək ki, 2025-ci ildə OPEC+ ölkələri iştirakçı dövlətlərin maksimum hasilat imkanlarının qiymətləndirilməsi mexanizmini razılaşdırıblar. 2027-ci il üzrə baza hasilat səviyyələrinin bu mexanizm əsasında müəyyənləşdirilməsi nəzərdə tutulur.
Noyabrın ortalarında OPEC maksimum hasilat gücünün qiymətləndirilməsinə dair yekun müşavirənin keçirildiyini açıqlayıb.
Rusiya Baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, nazirlər görüşdə qiymətləndirmə işlərinin hazırkı vəziyyətini də nəzərdən keçirəcəklər. Bu prosesin ilin sonunadək başa çatdırılması planlaşdırılır.