ABŞ səfiri: "Azәrbaycanın müxtәlif siyasi partiyaları ilә görüşlәr keçirirәm"

ABŞ səfiri:  "Azәrbaycanın müxtәlif siyasi partiyaları ilә görüşlәr keçirirәm"
# 17 sentyabr 2015 17:39 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova-APA. "Azәrbaycanın müxtәlif siyasi partiyaları ilә görüşlәr keçirirәm. Mәqsәdim Azәrbaycanı daha yaxından tanımaqdır".

APA- nın mәlumatına görә, bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib. Onun sözlәrinә görә, Birlәşmiş Ştatlar Azәrbaycanın müstәqillik qazandığı ilk gündәn demokratiyanın inkişafı, keçirilən hәr seçkinin demokratiyanın inkişafına doğru daha bir addım olması üçün әmәkdaşlıq edib: "Azәrbaycan prezidenti İlham Әliyev 1 noyabr seçkilәrinin azad vә әdalәtli keçirlәcәyini bәyan edib. Biz dә bunun tәrәfdarıyıq".

O bildirib ki, ABŞ Azәrbaycan hökumәtinin demokratiya vә insan haqları sahәsindә atdığı addımlarla bağlı hökumәt ilә işlәyir : "Biz davamlı olaraq bu sahәdә hökumәtlә söhbәtlәr aparırıq. Biz Azәrbaycanla azәrbaycanlıların görmәk istәdiyi güclü Azәrbaycan naminә işlәmәyә hazırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR