Misirdə avtobusun kanala aşması nəticəsində 35 nəfər ölüb

Misirdə avtobusun kanala aşması nəticəsində 35 nəfər ölüb
# 21 mart 2015 12:45 (UTC +04:00)

APA-nın “Al-Dustour” saytına istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 35 nəfərin öldüyü açıqlanıb.

Avtobus özəl tikinti şirkətinin işçilərini daşıyırmış. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. İlkin ehtimal kimi qəzaya yüksək sürət həddinin səbəb olduğu deyilir.

Yerli polisin bildirdiyinə görə, avtobus dairəvi yolda hərəkət zamanı idarəetmədən çıxaraq estakadadan kanala aşıb.

Ölü sayının artacağı gözlənilir. Məlumata görə, avtobusda 56 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR