Bank Of Baku

Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı husilərlə bağlı təcili görüş keçirəcək

Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı husilərlə bağlı təcili görüş keçirəcək
# 02 oktyabr 2026 21:49 (UTC +04:00)

Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanının daxil olduğu Məkkə Müdafiə Paktının üzvləri Yəməndəki husilərlə bağlı vəziyyəti müzakirə etmək üçün gələn həftə ər-Riyadda təcili görüş keçirəcək.

APA xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar məlumat verib.

Onun sözlərinə görə, görüşdə İranın husilərlə siyasi dialoq qurulması ilə bağlı təklifi də müzakirə olunacaq.

XİN rəhbəri onu da bildirib ki, İranın təklifi hələlik rəsmi razılaşma deyil və Tehran tərəfindən irəli sürülmüş xoşməramlı siyasi yanaşmadır. Görüşün əsas məqsədlərindən biri Yəməndə gərginliyin azaldılması və husilərlə bağlı mümkün siyasi həll yollarının müzakirəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR