Bricet Brink: “Azərbaycan Birləşmiş Ştatlar üçün vacib tərəfdaşdır”

Bricet Brink: “Azərbaycan Birləşmiş Ştatlar üçün vacib tərəfdaşdır”
# 24 iyun 2016 15:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycan Birləşmiş Ştatlar üçün vacib tərəfdaşdır. Azərbaycana səfərimin məqsədi əlaqələrimizi genişləndirməkdir”.


APA-nın məlumatına görə, bunu Azərbaycan səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink deyib.

”Biz təhlükəsizlik, iqtisadiyyat, energetika və demokratiya sahəsində münasibətlərimizi inkişaf etdiririk. Təhlükəsizlik sahəsində də əməkdaşlığımızı inkişaf etdiririk. Biz yeni İpək Yolu təşəbbüsünü dəstəkləyirik. Bu layihəni həyata keçirməklə, Azərbaycan yükdaşımalar mərkəzinə çevrilir. İqtisadi inkişaf və təhlükəsizlik baxımından vacib məsələdir. İqtisadi və enerji sahəsində əməkdaşlığı müzakirə etdik. Əməkdaşlığımızın göstəricisi olan Səngəçal terminala baş çəkdim. Görüşlərim müsbət və konstruktiv keçib. Prezident, XİN rəhbəri və müxalifət nümayəndələri ilə görüşdüm”, - deyə o vurğulayıb.


Diplomat bildirib ki, ABŞ Azərbaycanda bu yaxınlarda jurnalist, fəal və digər şəxslərin azad olunmasını alqışlayır: “Səfərim zamanı azad olunan bir sıra şəxslərlə görüşüm olub. ABŞ bu məsələlərə hər zaman dəstək verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR