Ceyhun Bayramov Livanın xarici işlər və diaspor naziri ilə görüşüb

Ceyhun Bayramov Livanın xarici işlər və diaspor naziri ilə görüşüb
# 30 aprel 2024 15:38 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində Livan Respublikasının xarici işlər və diaspor naziri Abdallah Bouhabib ilə görüş keçirib.

XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Livan arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər, o cümlədən siyasi, iqtisadi, humanitar, mədəniyyət və s. sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. XİN-lər arasında siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Livan arasında beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov regionda baş verən son proseslər, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də 4 kəndimizin işğaldan azad edilməsi ilə nəticələnən razılaşma barədə həmkarına məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR