Meksika səfiri vitse-spiker Valeh Ələsgərovla görüşüb

Meksika səfiri vitse-spiker Valeh Ələsgərovla görüşüb
# 02 iyun 2016 14:22 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu gün Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Milli Məclisin sədr müavini Valeh Ələsgərovla görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə parlamentin sədr müavini rəhbərlik etdiyi Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin fəaliyyətindən, parlamentlərarası qrupların səlahiyyətləri və onların ikitərəfli münasibətlərin genişlənməsinə müsbət təsirindən danışıb.

Səfir Labardini isə Meksika-Azərbaycan münasibətləri və onların inkişaf dinamikasından söz açıb, ölkə iqtisadiyyatının inkişafının əsas göstəriciləri barədə məlumat verib. Bundan əlavə, diplomat ölkəsinin müəyyən sahələrdə əldə etdiyi böyük uğur və təcrübəni qeyd edib.

Tərəflər müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın gələcək inkişafının mümkün yolları barədə fikir mübadiləsi aparıblar. İki ölkə arasında əlaqələrin möhkəmlənməsinə dair istək ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR