Gəncədə 49 yaşlı kişini maşın vurub

Gəncədə 49 yaşlı kişini maşın vurub
# 25 sentyabr 2014 08:19 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Ağcabədi rayon sakini, 1965-ci il təvəllüdlü İlqar Qabil oğlu Kazımov yolu keçmək istəyərkən, şəhər sakini, 1990-cı il təvəllüdlü Elvin Hidayət oğlu Sadıqovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğunu bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR