Bu ilin ilk rübündə Ermənistanda 4322 cinayət hadisəsi törədilib

Bu ilin ilk rübündə Ermənistanda 4322 cinayət hadisəsi törədilib
# 15 aprel 2013 15:49 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. 2013-cü ilin ilk rübündə Ermənistanda insana qarşı törədilən cinayətlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə artıb. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, 2012-ci ildə bu cür cinayətlərin sayı 843 olubsa, bu il bu rəqəm 968-ə çatıb. Ermənistanda yanvar-mart aylarında 15 qətl hadisəsi, 5 qəsdən adam öldürməyə cəhd, 327 qəsdən sağlamlığa xəsarət yetirmə, 51 qəsdən sağlamlığa ağır xəsarət yetirmə və 8 zorlama hadisəsi qeydə alınıb. Ötən ilin analoji dövrü ilə müqayisədə Ermənistanda zorlama faktlarının sayı (8) 100 faiz artıb.

Ümumilikdə bu il ərzində Ermənistanda 4322 cinayət törədilib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 354 hadisə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR