Azərbaycanda Türkiyə Mədəniyyət Günləri keçiriləcək

Azərbaycanda Türkiyə Mədəniyyət Günləri keçiriləcək
# 19 noyabr 2014 14:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Noyabrın 22-dən 27-dək Azərbaycanda Türkiyə Cümhuriyyətinin Mədəniyyət Günləri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, ilk dəfə keçiriləcək Mədəniyyət Günləri ilə əlaqədar Türkiyə mədəniyyət və turizm naziri Ömər Çelikin rəhbərlik etdiyi nümayəndə heyətinə daxil olan Türkiyənin tanınmış incəsənət ustaları Azərbaycana səfər edəcəklər.

Tədbir çərçivəsində noyabrın 25-26-da Nizami Kino Mərkəzində "Aşk Tesadüfleri Sever", "Yozgat Bules" filmlərinin nümayişi, noyabrın 26-27-də isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ankara Dövlət Teatrının "Nereye" və "Meraklısı için Öyle Bir Hikaye" tamaşalarına baxış və s. tədbirlər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR