Prezident İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində çörək zavodunun açılışında iştirak edib - FOTO

Prezident İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində çörək zavodunun açılışında iştirak edib - <span style="color: red;">FOTO
# 15 noyabr 2014 13:34 (UTC +04:00)

APA-nın məlumatına görə, respublikanın regionları arasında ilk dəfə olaraq ən müasir avadanlıqlarla təchiz olunmuş və böyük istehsal gücünə malik olan çörək zavodu Şəmkir rayonunda inşa edilib.

Müəssisənin maketi ilə tanış olan dövlət başçısına məlumat verilib ki, 2,8 hektar ərazidə inşa olunmuş və dəyəri 20,5 mln. manat olan zavodun yaradılmasına İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7,5 mln. manat güzəştli kredit verilib.

Zavod dünyanın bu sahədə məşhur şirkətlərinin ən son texnologiyaları əsasında qurulub.

Daha sonra prezident zavodu işə salıb.

Sonda ölkə başçısı müəssisənin potensialından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR