Azərbaycanda "Fermer evləri" yaradılır

Azərbaycanda "Fermer evləri" yaradılır
# 02 may 2015 11:35 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycanda fermerlərin informasiya məsləhət xidmətini təmin etmək üçün "Fermer evləri" yaradılacaq".

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

İ. Quliyevin sözlərinə görə, ilk olaraq pilot layihə kimi “Fermer evi” Qubada təşkil olunub.

“Quba regionunda nümunəvi “Fermer evi” təşkil olunub. Bu “Fermer evi”nin təşkil olunmasında əsas məqsəd fermerin qarşılaşdığı hər hansı bir problemin həllini tapmasıdır. Belə ki, fermer “Fermer evi”ndə çalışan mütəxəssislərə müraciət etməklə onların köməkliyi ilə qarşılaşdığı probleminin həllini tapa biləcək”, - deyə nazir müavini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR