Qəbələdə avtomobildə köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib

Qəbələdə avtomobildə köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib
# 02 sentyabr 2016 20:42 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Laza kəndində 3 nəfərin “VAZ” markalı avtomobillə lilə bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri “VAZ” markalı avtomobili lildən çıxarıb və vətəndaşları xilas edərək təhlükəsiz əraziyə çıxarılmasını təmin ediblər. Əməliyyat saat 21:50-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR