Azərbaycan prezidenti Nepalda zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib

Azərbaycan prezidenti Nepalda zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib
# 25 aprel 2015 16:04 (UTC +04:00)

APA-nın xəbərinə görə, başsağlığı məktubunda bildirilib: “Nepalda baş verən güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, yaralananlar və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Nepal xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR