Kuba parlamenti ölkənin vitse-prezidenti Miqel Dias-Kanelin prezidentliyə namizədliyini irəli sürüb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, təklif parlament tərəfindən müzakirə ediləcək, son qərar aprelin 19-da açıqlanacaq.
Seçildiyi təqdirdə Miqel Dias-Kanel 1959-ci il inqilabından sonra Kastro ailəsindən olmayan ilk dövlət başçısı olacaq. Vitse-prezident postuna Salvador Valdes Mesanın namizədliyi irəli sürülüb.
Qeyd edək ki, Kubanın hazırkı prezidenti Raul Kastro vəzifəsini tərk etmək qərarına gəlib.