Xəzər, Ucar, Qazax, Quba və Lənkəran rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Xəzər, Ucar, Qazax, Quba və Lənkəran rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
# 29 mart 2013 09:31 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Bakı şəhərinin Xəzər rayonu, həmçinin Ucar, Qazax, Quba və Lənkəran rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

ARDNŞ-in «Azəriqaz» İB-dən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, martın 29-da saat 09:00-dan 17:00-dək «Quba» Qazpaylayıcı Stansiyası, saat 10:00-dan 17:00-dək «Şimal DRES» Qazpaylayıcı Stansiyası, saat 10:00-dan 18:00-dək isə «Ucar», «Qazax», «Lənkəran», «Xarxatan» Qazpaylayıcı stansiyaları və «Ağköynək», «Əskipara», «Qazaxbəyli» Avtomatik Qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Ucar, Qazax, Quba, Lənkəran rayonlarına, eləcə də Xəzər rayonunun Mərdəkan və Buzovna qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR