Pakistanda baş verən kütləvi iğtişaşlar zamanı 93 nəfər xəsarət alıb

Pakistanda baş verən kütləvi iğtişaşlar zamanı 93 nəfər xəsarət alıb
# 30 avqust 2014 22:43 (UTC +04:00)

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, nümayişçilər Pakistanın Baş naziri Nəvaz Şərifin istefasını tələb ediblər.

Yüzlərlə etirazçı parlamentin hasarını qıraraq binaya soxulub . Digərləri isə Nəvaz Şərifin xüsusi mühafizə zonasında yerləşən iqamətgahına yürüş etməyə cəhd edib. Əvvəl etirazlara müdaxilə etməyən polis nəticədə nümayişin dağıdılması üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR