Ucarda Rayon Mərkəzi Xəstəxananın yeni binası istifadəyə verilib

Ucarda Rayon Mərkəzi Xəstəxananın yeni binası istifadəyə verilib
# 06 oktyabr 2015 10:34 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Bildirilib ki, yeni xəstəxana üçün 4,4 hektar torpaq sahəsi ayrılıb. Bu ərazinin 1,2 hektarında 4 korpusdan ibarət ikimərtəbəli kompleks tikilib. Xəstəxana kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.

Prezident İlham Əliyev tibb ocağında yaradılan şəraitlə tanış olub. Kompleksə cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, ginekologiya, reanimatologiya, diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinatal mərkəz, laboratoriya, təcili tibbi yardım stansiyası və inzibati korpus daxildir. Xəstəxana 118 çarpayılıqdır. Şöbələrin hamısı ən müasir tibbi avadanlıqla təmin olunub.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR