Astara rayonunun Telman kəndində yeni məktəb binası istifadəyə verilib - FOTO

Astara rayonunun Telman kəndində yeni məktəb binası istifadəyə verilib - <span style="color: red;">FOTO
# 28 mart 2013 16:52 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Martın 28-də Astara rayonunun Telman kəndində dövlət vəsaiti hesabına inşa olunmuş ikimərtəbəli 220 yerlik yeni məktəb binası istifadəyə verilib.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək, məktəbin pedaqoji kollektivinə və kənd sakinlərinə belə yüksək səviyyəli, müasir standartlara cavab verən təlim-tərbiyə müəssisəsinin açılışı münasibətilə təbrikini çatdırıb.

Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova, məktəbin direktoru Sərraf Əhmədov, ağsaqqal Qasım Həsənov və digərləri kənddə təhsilin inkişafı üçün yaradılmış yüksək şərait barədə razılıqlarını dilə gətirərək, göstərilən qayğı və diqqətə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Bildirilib ki, bu, son illər Astarada istifadəyə verilən sayca 24-cü yeni məktəbdir. Hazırda rayonda daha 10 məktəbin tikintisi davam etdirilir. Rəsmi hissədən sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar. Yeni bina ən zəruri avadanlıqlar, tədris ləvazimatları və inventarlarla təchiz olunub. Məktəbin həyətində yaşıllıq sahəsi salınıb, müxtəlif növ ağac və gül kolları əkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR