Bakıda daha bir “avtoş” barəsində həbs qərarı verilib

Bakıda daha bir “avtoş” barəsində həbs qərarı verilib
# 07 mart 2015 11:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda avtoxuliqanlıqla məşğul olan daha bir sürücü həbs edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 5-də saat 11:00 radələrində Cavid Abbasəliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

C.Abbasəliyev Xəzər rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Maddəsinin 296-cı maddəsinə əsasən 20 gün müddətinə həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR