Azərbaycanda zərərlə işləyən bankların sayı artıb

Azərbaycanda zərərlə işləyən bankların sayı artıb
# 06 fevral 2015 07:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda zərərlə işləyən bankların sayı artıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ilin yanvarın 1-nə ölkədə mənfəətlə işləyən bankların sayı 37 təşkil edib.

Əvvəlki aydan fərqli olaraq dekabrda zərərlə işləyən bankların sayında artım olub. Belə ki, noyabrda 5 bank zərərlə işləyirdisə, dekabrda zərərlə işləyən bankların sayı 8-ə yüksəlib.

Beləliklə, dekabr ayını ölkədə fəaliyyət göstərən 45 bankdan 37-si mənfəət, 8-i isə zərərlə başa vurub. 37 bankın əldə etdiyi cəmi mənfəət 375,33 mln. manat təşkil etdiyi halda, 8 bankın məcmu zərəri 4,79 mln. manat olub. Beləliklə, bank sisteminin cəmi mənfəəti 370,54 mln. manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisə də 38,48% və ya 102,97 mln. manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR