Əli Əkbər Salehi İranın BMT-dəki daimi nümayəndəliyinin keçmiş əməkdaşının həbsinə münasibət bildirib

Əli Əkbər Salehi İranın BMT-dəki daimi nümayəndəliyinin keçmiş əməkdaşının həbsinə münasibət bildirib
# 03 may 2013 09:09 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi İranın BMT-dəki daimi nümayəndəliyinin keçmiş əməkdaşlarından olan Bağır Əsədinin həbs edilməsinə münasibət bildirib. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Ə. Salehi deyib ki, Əsədi İranın gözəl mütəxəssislərindəndir: “Bağır Əsədi İran Xarici İşlər Nazirliyində işləyib və onun ölkənin mənafeyinə zidd hansısa fəaliyyət göstərməsini görməmişik. İnşallah, onunla bağlı şübhələr tezliklə aradan qalxar və bizlər Əsədinin azadlığına nail olarıq”.

Qeyd edək ki, İranın “Əsr-e İran” və “Tabnak” saytları B. Əsədinin bu il mart ayının birinci yarısında Tehranda həbs edildiyi barədə xəbər yayıblar. Onun həbsdən əvvəl Tehranda D-8 qrupunın katibi vəzifəsində işlədiyi bildirilir. Hazırda diplomatın harada saxlanıldığı və nədə ittiham olunduğu barədə heç bir məlumat yoxdur. B. Əsədinin islahatçılar düşərgəsinə yaxın olduğu və bu il iyunun 14-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar həbs olunduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR